Belarusun müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə sentyabrın 26-da Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.Səfər sentyabrın 29-dək davam edəcək.pia.az