“ABŞ hərbçiləri Obamaya tabe olmur“ - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ hərbçilərinin prezident Barak Obamanın əmrlərinə tabe olmadığını ehtimal edib
AzVision.az xəbər verir ki bu barədə Lavrov `NTV` telekanalına müsahibəsində bildirib. Lavrov qeyd edib ki, Vaşinqton Suriyada baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq istəyir. Nazirin sözlərinə görə, Rusiya ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya 100% inanmır. XİN rəsmisi əlavə edib ki, ABŞ-ın rəhbərlik etdiyi kolasiya İŞİD-lə mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.pia.az