MSK sədrindən sosial şəbəkə istifadəçilərinə müraciət

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Referendumla əlaqədar keçirdiyi mətbuat konfransında sosial şəbəkə istifadəçilərinə müraciət edərək onları fəal olmağa çağırıb
AzVision.az xəbər verir ki, M.Pənahov onları qanun pozuntusu ilə rastlaşdıqları halda MSK-ya müraciət etməyə səsləyib.“Referendumun yüksək səviyyədə həyata keçirilməsi üçün dairə və məntəqə seçki komissiyaları öz vəzifələrini layiqincə yerinə yetirəcək. Bütün arzu edilən və mümkün olan variantlardan istifadə olunub ki, həm seçicilər, həm də müşahidəçilər bu referendumun necə şəffaf keçirilməsinin şahidi olsunlar”.pia.az