Məşhur idmançı yaxta qəzasında öldü

ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb
APA-nın CBS telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb. Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir. Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes “Miami Marlins” komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü “Atlanta Braves” komandası ilə planlaşdırılmış görüşü ləğv edib. pia.az