Terror aktı planlaşdıran qızlar tutuldu

Fransa Daxili Təhlükəsizlik İdarəsinin (DGSI) əməkdaşları Nice şəhərində terror aktı törətməyi planlaşdıran iki qızı saxlayıb
APA-nın “Parisien” qəzetinə istinadən verdiyi məlumata görə, Nice sakinləri olan 17 və 19 yaşlı qızlar sentyabrın ortalarında saxlanılıb. Qızların messencer vasitəsi ilə Fransa vətəndaşı olan  İŞİD terrorçusu Rəşid Kassim ilə əlaqə saxladıqları üzə çıxıb. Qızlardan bir barədə  bundan əvvəl terrorçu qrupla əlaqəli cinayət işi ilə bağlı araşdırma aparılıb. pia.az