Həyatımızı dəyişən Aforizmlər

Kulis.Az həyatımızı dəyişəcək aforizmləri təqdim edir
Uilyam Bleyk: Fəaliyyətə çevrilməyən arzu ruh pozğunluğu yaradır. Çak Pallannik: Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir. Susan Etz: Yağışlı bir bazar günü, günortadan sonra nə etmək istədiyini bilməyən milyonlarla insan bir də ölümsüzlük istəyir. Emil Ajar: Aktyorluq eləməsəniz sizə asosial, ipə-sapa yatmayan və əsəb xəstəsi damğası vuracaqlar. Fyodr Dostoyevski: Əslində insana ən çox əzab verən xəyal qırıqlığı deyil, yaşanması mümkün olub, amma yaşaya bilmədiyi xoşbəxtlikləridir. Ziqmund Freyd: İfadə edilməmiş hisslər heç vaxt ölmürlər, diri-diri basdırılırlar və sonradan daha qorxunc şəkildə təzahür edirlər. Anonim: Bəlkə də oksigen təxminən 70 il sonra öldürən zəhərdir. Anton Çexov: Necə də gözəl gündür! Çaymı dəmləyim, özümümü asım, qərar verə bilmirəm. Mark Tven: Həmişə doğru danışın, onda nə dediyinizi xatırlamağa məcbur olmayacaqsız. Anonim: Yumurta xaricdən qırılırsa həyat sona yetir, daxildən qırılırsa həyat başlayır. Böyük işlər həmişə içəridən başlayır. Anonim: Yuxun gəlmirsə deməli oyanmaq istədiyin yerdə deyilsən. Uilyam Şekspir: Bəyəndiyiniz bədənlərə xəyalınızdakı ruhları qoyub bunu məhəbbət hesab edirsiz. Anton Çexov: Ən təhlükəli insan tipi az anlayıb çox inanandır. Dalay Lama: Danışanda ancaq bildiklərini təkrar edirsən, dinləyəndə isə yeni şeylər öyrənirsən. Ziqmund Freyd: Əgər insan bir yerə baxırsa orda marağını çəkən bir şey var. Əgər insan bir yerə heç baxmırsa deməli orada marağını çəkən şey mütləq var.pia.az