“Türkiyə ilə miqrasiya sazişi Aİ üçün prioritet olaraq qalmaqdadır“

Türkiyə ilə miqrasiya sazişinin icrası Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır
Bunu miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə avrokomissar Dimitris Avramopulos deyib.“Türkiyə-Aİ sazişinin icrası bizim üçün prioritet və “A” planı olaraq qalmaqdadır”, – deyə o Vyanada “Balkan marşrutu” ölkələri sammitinin yekunlarına dair mətbuat konfransında deyib.    Avrokomissarın sözlərinə görə, Türkiyə ilə əməkdaşlığın sayəsində Aİ-yə qaçqın axını xeyli azalıb.  Qeyd edək ki, martın 8-də Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.  (APA)pia.az