Siyəzəndə “Nissan” dərəyə yuvarlanıb

Bu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib
Hadisə Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.“Nissan” markalı avtomobil dərəyə yuvarlanıb. Xəsarət alan Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Xaliqova Fəxriyyə Adil qızı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır. pia.az