Avtomobil iki qardaşı vurub öldürüb

Sentyabrın 23-də saat 19 radələrində Naxçıvan MR Kəngərli rayonunun Xök kəndində rayon sakini Təbriz Hüseynli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Rəmzi Seyidovu və qardaşı Səbrini vurub
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilmiş piyadalar orada ölüb. Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.pia.az