Ticarət Mərkəzindəki yanğınla bağlı - Rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunda “SƏDƏRƏK” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb
PİA.AZ-ın nazirliyin saytına istinadən məlumatına görə, yanğın zamanı ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanmış, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.  pia.az