Özbəkistanda prezidentliyə namizədlər bəlli oldu

Özbəkistanın 4 dekabrda təyin olunan prezident seçkilərində ölkənin 4 partiyasının namizədləri iştirak edəcək
Avropa.info xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissiyası məlumat verib. Seçkilərdə Özbəkistanın Demokratik partiyası, Sahibkarlar və iş adamlarının hərəkatı – Özbəkistanın Liberal-demokratik partiyası, Xalq-demokratik partiyası, sosial-demokrat partiyası “Ədalət” iştirak edəcək.Daha əvvəl qeydiyyatdan keçmiş partiyalar öz namizədlərini prezidentliyə namizədliyə təqdim etmişdilər. İndi bu namizədliklər oktyabrda keçiriləcək iclaslarda təsdiqlənməlidir.Sosial-demokrat “Ədalət” partiyası Nəriman Umarovu, Xalq-demokratik partiyası Hotamcan Ketmonovu namizəd göstərib. Özbəkistanın Demokratik partiyası isə Sərvər Otamuratovun namizədliyini təklif edib. Hakim Liberal-demokratik partiyası isə prezident vəzifələrini icra edən Şövkət Mirziyeyevin namizədliyini təqdim etmişdi. Xatırladaq ki, sabiq Özbəkistan prezidenti İslam Kərimovun 2 sentyabrda vəfatından sonra növbədənkənar prezident seçkiləri təyin olunmuşdu. pia.az