“Petkim”-də növbəti polis əməliyyatı

SOCAR-ın Türkiyə layihəsində FETÖ izi axtarılır
Azərbaycanın Türkiyədə 6 milyard dollarlıq layihəsi olan “Petkim”-in ad ətrafında mübahisələr bitmək bilmirAdı Fəthullah Gülənə bağlılıqla hallandırılan “Petkim”-də son bir  ay içərisində bir neçə dəfə  polis əməliyyatları aparılıb.Strateq.az xəbər verir ki, İzmirdə yerləşən “Petkim” bu gün yenə polis əməliyyatları ilə yuxudan oyanıb.Şirkətin 4 ayrı ünvanda yerləşən yaşayış binalarında FETÖ istintaqı çərçivəsində əməliiyat keçirilir. Əməliyyat davam edir.Qeyd edək ki, bu günə qədər SOCAR-a bağlı şirkətin təsislərində 2 dəfə axtarış aparılıb və 31 adam istintaqa cəlb olunub. Onlardan 25 nəfəri tutulub. Tutulanlar arasında azərbaycanlılar da var.pia.az