“Günay Bank“ın rəhbərliyində dəyişiklik

"Günay Bank" ASC-nin rəhbərliyində dəyişiklik olub
"APA-Economics" xəbər verir ki, bankın Müşahidə Şurasının üzvü Famil Teymurov işdən çıxıb. Onu Əhəd Şirinov əvəzləyib. Bankın Müşahidə Şurasının sədri Mahmud Məmmədov olaraq qalır. Müşahidə Şurasının üzvü Leyla Nağıyeva da portfelini qoruyub. Bankın İdarə Heyətinin üzvlərinin sayında isə azalma var. Belə ki, İdarə Heyəti sədrinin müavini Azad İbadov bankdan ayrılıb. Onun yerinə təyinat yoxdur. İdarə Heyətinin sədri Emin Ağayevdir. Fəridə Ağayeva və Elşən Süleymanov onun müavinləri, Kredit departamentinin direktoru Sabir Ağayev isə İdarə Heyətinin üzvüdür.pia.az