AXCP sədrinin həbsdə olan müşaviri azadlığa buraxıldı

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahim atasının yas mərasimində iştirak etmək üçün azadlığa buraxılıb
Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, M.İbrahim bu gün cəza çəkdi 16 saylı Cəzaçəkmə Müəssisəsindən bir günlük azadlığa buraxılıb. Onun atası bir neçə gün əvvəl dünyasını dəyişib. Bundan sonra M.İbrahim yas mərasimində iştirak etmək üçün müraciət edib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il  müddətinə azadlıqdan məhrum edilib. M.İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə ötən il sentyabrın 30-da həbs olunub. O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilib.pia.az