Azərbaycanlı cüdoçular dünya reytinqində

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Apasport.az saytının məlumatına görə, sentyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar.Belə ki, “Rio-2016”-nın gümüş medalçıları Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) liderliklərini qoruyublar. Onlar öz çəkilərində yenə birincidi. Braziliyada 5-ci olan Orxan Səfərov (60 kq) isə reytinqdə 2-ci pillədədi.Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə 8-ci, Tərlan Kərimov 35-ci (hər ikisi 66 kq), Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-dır.pia.az