Smartfonlarla yol xəritəsi hazırlandı

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun elmi işçiləri “Ford Motor Company” korporasiyasından olan mühəndislərlə birgə mobil telefonların köməyi ilə şəhər sakinlərinin istifadə etdiyi yolların xəritəsini hazırlamağa nail olublar
Bostonun yerli sakinləri 6 həftə ərzində unikal sınaqda iştirak ediblər. Elmi işin müəllifləri yerli sakinlərin cihazına xüsusi hazırlanmış proqramlar qurublar. Nəticədə alimlər sınaqda iştirak edənlərin şəhərin müxtəlif rayonlarında hərəkətini izləyə biliblər.Elmi iş nəticəsində hazırlanmış xəritəni Boston hakimiyyəti xeyli pul vəsaiti xərcləməklə bir neçə il müddətinə hazırlaya bilərdi. (azərtac)pia.az