İranlı sahibkarlarla əməkdaşlıq ediləcək

Azərbaycan toxumçuluq sahəsi üzrə İranlı sahibkarlarla əməkdaşlıq edəcək. Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı Nazirliyindən məlumat veriblər
Xəbərdə deyilir ki, Azərbaycanda toxum fondunun, eyni zamanda bu sahə üzrə birgə müəssisələrin yaradılması və toxum mübadiləsinin aparılması müzakirə edilib.Qeyd edək ki, bu gün nazir müavini İlham Quliyev İranlı sahibkarlarla görüşüb. İranın “Pishgaman Sabz Urmia” Biznes Şirkətinin icraçı direktoru Sirvan Ərdalanzadə İranda əkilən arpa və buğda sortlarının Azərbaycanda, Azərbaycanda da əkilən arpa və buğda sortlarının isə İranda sınaqdan keçiriləcəyini deyib. S.Ərdalanzadənin şırkətinə 200- dən çox sahibkar üzvdür. Şirkət 75 buğda və arpa sortlarının toxumçulğu ilə məşğuldur. Şirkətdə 400 min ton arpa və buğda toxumu istehsal edilir, toxuma təlabatın 90 faizii bu şirkət tərəfindən ödənilir. İranlı sahibkarlar yerli fermerlərlə görüşəcəklər.