Çində 28 il axtarışda olan şəxs tutuldu

Çinin İç Monqolustan Özərk bölgəsi yaxınlığında Bayyin şəhərində 28 il axtarışda olan şəxs tutulub
 Axar.az xəbər verir ki, uzun müddət sonra həbs edilən, silsilə qətllərdə günahlandırılan 52 yaşlı Qao Çınqyonq bütün günahlarını qəbul edib. O, ilk cinayəti 1988-ci ildə törətdiyini etiraf edib. Amansız qatil, xüsusilə, qırmızı geyən gənc qadınları əvvəlcə evinə qədər izləyib, sonra təcavüz edib, sonda isə öldürüb. 2002-ci ilədək 11 cinayət törətdiyini deyən səlahiyyətli şəxslər onun qurbanları arasında 8 yaşlı bir qız uşağının da olduğunu açıqlayıb. Qeyd edək ki, 2004-cü ildə Qaonun yaxalanmasına kömək edəcək məlumat verənlərə təqribən 200 min yuan (30 min dollar) mükafat vəd edilmişdi.