Sabunçu dövlət xəstəxanasında rəzalət - Video

Sabunçu dövlət xəstəxanasında qalmaqal baş verib
baku.ws-in məlumatına görə, bu barədə video sosial şəbəkədə yayılıb. İlkin məlumata görə, xəstəxanaya yaxınlaşan bir vətəndaş ilkin yardım göstərilməsini tələb edib.İddiaya görə, xəstənin kasıb olduğunu nəzərə alaraq ona tibb yardım göstərilməyib. Vətəndaş da məhz bu səbəbdən əsəbiləşərək öz etirazını bildirib.Xəstəxanada səs-küy saldığına görə, polislər vətəndaşı zərərsizləşdirərək səhiyyə ocağından çıxarıblar.Daha ətraflı videoda baxa bilərsiniz.