Bakıda qadın kişini bıçaqladı

Bakıda kişini bıçaqlayan qadın saxlanılıb
 Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Bakı şəhər sakini Vüsal Səbzəliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Göyçay rayon sakini Lalə Musayeva tutulub. Faktla bağlı araşdırma aparılır.pia.az