Şəmkirdə 61 yaşlı kişini döydülər

Ötən gün axşam saatlarında Şəmkir rayonunun Seyfəli kəndində bir neçə nəfərin iştirakı ilə dava baş verib
Kəpəz TV (Region TV) xəbər verir ki, dava zamanı kənd sakini, 61 yaşlı Rizvan Əliyev bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.Yaralı dərhal ətrafdakıların köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.Hazırda polis Rizvan Əliyevə xəsarət yetirənlərin müəyyənləşdirilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.pia.az