“Qarabağ”ın üzvü millidən kənarlaşdırıldı

Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib
“Qafqazinfo” xəbər verir ki, mərkəz müdafiəçisi Bədavi Hüseynov heyətdən kənarlaşdırılıb.O, zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. “Qarabağ”ın futbolçusu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.Qeyd edək ki, daha öncə “İnter” komandasının üzvü Ruslan Abışov da eyni səbəbdən millinin toplanışını tərk etməli olmuşdu.pia.az