Çempionlar Liqası üçün mükafat fondu açıqlanıb

UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klublar üçün toplam 762 milyon avro mükafat ayırıb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, qrup mərhələsinə vəsiqə qazanan 32 klubun hər birinə 12.7 milyon avro ödəniləcək. 50 milyon avro isə turnirin pley-off mərhələsində mübarizəni dayandıran 20 komandanın arasında bölünəcək. Qrup mərhələsində qələbə ilə başa çatan hər oyun 1.5 milyon, bərabərlik isə 500 min avro ilə mükafatlandırılacaq. Pley-off raundunun gəlirləri belədir:1/8 final - 6 milyon1/4 final - 6.5 milyon1/2 final - 7.5 milyonFinalda uduzan klub büdcəsini 11 milyon avro zənginləşdirəcək. Çempion isə 15.5 milyon qazanacaq. Çempionlar Liqasında performans mükafatı da nəzərdə tutulub. Məsələn, qrupda hər oyunu qalib başa vurub son nəticədə turnirin qalibi olacaq komanda toplamda 57.2 milyon avro qazana bilər.pia.az