İstanbulun mərkəzinə yük maşınları buraxılmayacaq

Sabahdan İstanbul şəhərinə yük maşınları buraxılmayacaq
APA-nın məlumatına görə, bunu İstanbulda Yavuz Sultan Səlim körpüsünün rəsmi açılış mərasimində çıxış edən Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Sultan Səlim körpüsü “İpək Yolu”nun ən mühüm həlqələrindən biridir və sabahdan istifadə üçün açılacaq: “Sabahdan yük maşınlarının hamısı məhz Yavuz Sultan Səlim körpüsündən keçəcək, digər iki körpüyə yük maşınları buraxılmayacaq. Bu, İstanbulda avtomobil sıxlığının aradan qalxmasına xidmət edəcək”.pia.az