Terrorçular Türkiyədə daha bir polisi yaralayıb

Türkiyənin Trabzon şəhərinin Maçka bölgəsində yerləşən Sümele monastırının çıxışında təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı qarşıdurma yaşanıb
Publika.az xarici mediaya istinadən xəbər verir ki, silahlı qarşıdurma zamanı 1 polis əməkdaşı yaralanıb. Hazırda bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Xatırladaq ki, eyni bölgədə iyulun 19-da baş verən silahlı qarşıdurma zamanı 3 polis şəhid olub. pia.az