Sloveniyada “Qəbələ”yə qarşı təxribat

Bu gün Sloveniyada Avropa Liqasının pley-off mərhələsində yerli “Maribor” komandası ilə cavab görüşünə çıxacaq “Qəbələ” klubunun oyunçuları oyundan əvvəl istirahət edə bilməyiblər
Bir qrup şəxs oyundan əvvəlki gecə oyunçuların qaldığı otelin qarşısında səs-küy salıb.Azarkeşlər partlayıcı maddələrdən istifadə ediblər, şüarlar qışqırıblar. Otelin nümayəndələri klubun üzvlərinə baş verənləri şərh etməkdən imtina ediblər.Xatırladaq ki, Bakıda keçirilmiş ilk görüşdə “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.(virtual.org)pia.az