Barbi gəlinciyinə görə 70 min dollar xərc çəkdi

Los-Anceles sakini onu əhatə edən bütün əşyaların Barbi gəlinciyi ilə bağlı olması üçün 70 min dollar sərf edib
PİA.AZ-ın “musavat.com”-a istinadən məlumatına görə, 34 yaşlı Azusa Sakamoto bu günə qədər 140 ədəd gəlincik, 40 cüt ayaqqabı, 60 çanta alıb. Bundan başqa, otağının Barbi stilində təmiri və Barbi aksesuarları üçün də 1000 dollar xərcləyib. Yaponiyadan köçən qadın manikür ustası olaraq çalışır. 20 ildir ki, bu əşyaları, oyuncaqları yığır. Özü etiraf edir ki, faktiki bütün gəlirini buna sərf edir: “Mənim bütün mənzilim Barbi atributları ilə doludur. Yataq otağım, xalçalarım, divarlarım, aksesuarlarım ancaq Barbidən ibarətdir”. Qadin Barbi gəlinciyinə həsr olunmuş İnstaqram səhifəsinin də sahibidir. 2016-cı ilin aprelində məlum olmuşdu ki, Helsinkinin iflic olmuş sakini Barbi gəlinciyinə bənzəmək üçün 2 il boyunca 14 min dollar xərc çəkib. Jasmin Britni adlı qızı 1998-ci ildə maşın vurandan sonra xarici görünüşünü dəyişib və plastik əməliyyatların şəkillərini, videoçəkilişlərini sosial şəbəkədə paylaşıb. Onun geyim və makiyaj xərcləri valideynləri tərəfindən ödənilirdi.pia.az