Qonşu qonşunu bıçaqladı

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib
PİA.AZ-ın APA-nın cənub bürosuna istinadən  məlumatına görə, Cəlilabad şəhər sakini Səid Əliyev şəxsi münasibətlər zəminində qonşusu, 21 yaşlı Məhəmmədəli Kərimliyə 7 bıçaq zərbəsi vuraraq ona ağır bədən xəsarətləri yetirib. Zərərçəkmişi  qonşuları Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Burada onun yaraları tikilib, digər zəruri yardımlar göstərilib. Bununla belə vəziyyəti ağır qiymətləndirilir.Hadisəni törətmiş Səid Əliyev isə saxlanılıb.Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.pia.az