Türkiyə ordusu 4 kəndi İŞİD-dən geri aldı

Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu və beynəlxalq koalisyanın havadan dəstəyi nəticəsində Suriyanın Kvırcık və Tel-Şair kəndlərini terrorçu İŞİD qruplaşmasından təmizləyib
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, son məlumatlara görə, daha bir kənd də terrorçulardan təmizlənib. Qeyd edək ki, bundan əvvəl Türkiyə sərhədindən 3 kilometr məsafədə yerləşən Keklice kəndi də İŞİD-dən azad olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada başlayan “Fırat Qılxanı” adlı əməliyyatdan danışıb. O deyib ki, Türkiyəyə təhdid yaradacaq kim olursa olsun, onlara qarşı mübarizə aparılacaq.pia.az