Rusiyadan ABŞ-a sərt xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ı Nüsrə Cəbhəsi ilə əməliyyatlarda əsaslı addımlar atmağa çağırıb
Axar.az xəbər verir ki, nazirlik yaydığı açıqlamada ABŞ-ı Nüsrə ilə “eşqbazlıq etmək”də ittiham edib və bunun ağır nəticələr doğuracağını bildirib. “Nüsrə ilə eşqbazlıq etmək yeni bir terror canavarının yaranmasına səbəb ola bilər. Biz ABŞ-ın Suriyada yürütdüyü siyasətin əsassız və məntiqsiz olduğunu düşünürük”, - nazirlik açıqlamasında qeyd edib.pia.az