Əli İnsanov nədə günahlandırılır?

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində etibarlı mənbədən əldə edilmiş məlumata görə, Əli İnsanov, qanunvericiliyə və Penitensiar Xidmətin daxili qaydalarına zidd olaraq, məhbuslara resept yazıb və qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olurmuş
Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi Əli İnsanovun təyin etdiyi dərman vasitələrinin ekspertizasını aparıb və onların bəzilərinin tərkibində narkotik maddələr aşkarlanıb.Bununla əlaqədar olaraq, Penitensiar Xidmət daxili təhqiqata başlayıb. Raşdırma zamanı Əli İnsanov sabotaja əl atıb, dava salıb və məhbusları üsyana qaldırmaq cəhdi edib.Bu məlumat virtualaz.org-a etibarlı mənbədən daxil olub, lakin biz Penitensiar Xidmətdən həmin məlumatın təsdiq edilməsini gözləyirik.pia.az