Çevrilişlə əlaqəli 90 nəfər Türkiyə XİN-dən uzaqlaşdırılıb

Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədə şübhəli bilinən 89 nəfər Xarici İşlər Nazirliyindən uzaqlaşdırılıb, 332 əməkdaşın vəzifəsinin icrası isə müvəqqəti dayandırılıb
Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında bildirib.    “Çevriliş cəhdindən sonra 89 nəfər XİN-də vəzifəsindən azad olunub, 332 nəfər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və ya xaricdən geri çağırılıb. Geri çağırılanlardan 31-i Türkiyəyə qayıtmayıb”, - deyə nazir qeyd edib.   pia.az