Bakıya aviareys təxirə salındı

Ulyanovsk-Bakı aviareysi təxirə salınıb
PİA.AZ bildirir ki, bu barədə APA "Ulyanovsk Vostoçnıy" hava limanının rəsmi saytına istinadən məlumat verib. Xatırladaq ki, daha öncə bildirilib ki, bu aviareyslər iyulun 15-də açılacaq və sentyabrın 30-dək davam edəcək. Məlumatda deyilir ki, "Azərbaycan Hava Yollar" (AZAL) QSC-nin 2016-cı ildə Ulyanovsk-Bakı-Ulyanovsk istiqamətində həyata keçirəcəyi çarter reysləri də təxirə salınıb. pia.az