Bu yay Bakıda 61 nəfəri gün vurub

İyun ayından bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 61 nəfər müraciət edib
Stansiyanın baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 21 nəfəri xəstəxanaya yerləşdirilib. Baş həkim qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.pia.az