Müşfiqabad sakinləri bir-birini bıçaqlayıb

Müşfiqabad qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb
Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 29-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qəsəbə sakinləri Vüqar Bağırov və Ramil Mirzəyev münaqişə zəminində bir-birinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya yerləşdirilib. V.Bağırovun vəziyyəti orta-ağırdır. R.Mirzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır. pia.az