Azərbaycan və İran işçi qrup yaradıblar

Azərbaycan və İran Rəşt-Astara dəmir yolu tikintisinə 500 milyon dollar həcmində kredit ayrılması məsələsi üzrə birgə işçi qrup yaradıblar
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Mohsin Pakayin bildirib.Onun sözlərinə görə, işçi qrupun ilk görüşü yaxın həftələrdə keçiriləcək.M.Pakayin qeyd edib ki, Rəşt-Astara dəmir yolu tikintisi layihəsində Azərbaycanla yanaşı, Rusiya, Çexiya və Macarıstan da iştirak etmək istəklərini bildiblər.Layihənin dəyəri 1 milyard dollardan artıq qiymətləndirilir və onun realizəsi Fars körfəzi ilə Rusiya və Şərqi Avropa arasında əlaqə yaradılmasına imkan verəcək.Səfir həmçinin qeyd edib ki, Rəşt-Astara dəmir yolu məntəqəsi 2018-ci il üçün fəaliyyətə başlayacaq: "Azərbaycan Astarada dəmir yolu tikintisini 2016-cı ildə başa çatdıracaq ki, bundan sonra multimodal yük daşmalarına keçmək mümkün olacaq".M.Pakayin vurğulayıb ki, bu layihə çərçivəsində daha bir dəmir yolu məntəqəsi - Qəzvin-Rəşt artıq 93 faiz hazırdır və 2017-ci ilin martında istismara veriləcək.pia.az