İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Bu barədə APA-ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib. Onun sözlərinə görə, hələlik məhkəmənin vaxtı məlum deyil. Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb. İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.pia.az