Ermənistanda müxalifətin növbəti mitinqi başlayıb

Mitinq İrəvanın Azadlıq meydanında keçirilir
 İrəvanın "Azadlıq" meydanında iyulun 17-də polis patrul xidməti alayının binasını ələ keçirən "Sasna srer" silahlı dəstəsinə dəstək mitinqi start götürüb."Report" "news.am"a istinadən xəbər verir ki, mitinqi müxalifətdən olan "İrs" partiyasının üzvü Armen Martirosyan aparır."Biz mübarizənin dərəcəsini zəiflətdik, hakimiyyət bundan istifadə etdi", - deyə o bildirib. Müxalifətçi hakimiyyətə "Sasna srer"ə qarşı rusiyalı snayperlərin işlədiyinə dair yayılan şayiələri təkzib etmək tələbi irəli sürüb.pia.az