Ukraynada 243 Rusiya şirkətinin fəaliyyəti qadağan edildi

AzPolitika.info Rusiya KİV-inə istinadla xəbər verir ki, Ukrayna öz ərazisində 243 Rusiya şirkətinin xarici iqtisadi fəaliyyətini qadağan edib
Buna səbəb isə həmin şirkətlərin, Ukrayna hakimiyyətinin nəzarəti altından çıxmış Donbas vilayəti ərazisində yerləşən müəssisələrlə əməkdaşlıq etməsidir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat mərkəzi xəbər yayıb.«Ukrayna Təhlükəsizlik xidmətinin materialları əsasında 243 Rusiya şirkətinin xarici-iqtisadi fəaliyyəti dayandırılıb» – deyə, UTX-dən bildiriblər.pia.az