Arif Quliyevin arvadı ağır xəstəliyə yoluxdu

Xalq artisti Arif Quliyevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib
 Bu barədə Kulis.aza aktyor özü məlumat verib.O bildirib ki, xanımı Gülzar Quliyeva Hepatit C virusuna yoluxub:“Yoldaşım hazırda Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər şöbəsində müalicə alır. Həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.”Arif Quliyev xanımın müalicəsinin xaricdə davam etdirilməsinin lazım olduğunu deyib:“Amma bu mənim imkanlarım xaricindədir. Mən iki il qabaq sinir xəstəliyinə tutulanda müalicə xərclərini dövlət öz üzərinə götürmüşdü. Allah hökumətimizdən razı olsun. Mən ata-ana qayğısından uzaq olmuşam. Oğlum Fərid dünyasını dəyişəndən sonra Gülzar üçün yaşayıram. Bircə təsəllim onun varlığıdır. O da belə...”pia.az