Gürcüstanın müdafiə naziri istefa verdi

Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli özünün istəyi ilə tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb
"Report"un məlumatına görə, o, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmağını xahiş edib. Bu barədə Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze məlumat verib. Hökumət başçısının müraciətə münasibəti barədə hələlik informasiya verilmir. pia.az