1 milyardıncı “iPhone“ satıldı

"Apple" şirkətinin baş direktoru Tim Kuk 1 milyardıncı "iPhone" smartfonunun satıldığını bəyan edib
Lent.az-ın "Vladtime.ru"-ya istinadən xəbərinə görə, bunu o, şirkətin Kaliforniya ştatının Kupertino şəhərindəki ofisində keçirilən iclasında açıqlayıb. Tim Kuk bu uğura görə şirkətin əməkdaşlarıma təşəkkür edərək, onların dünyanı hər gün daha yaxşı etməyə çalışdıqlarını qeyd edib. Qeyd edək ki, "iPhone" smartfonlarının satışı ardıcıl ikinci rübdür azalır.pia.az