Bülənt Arıncın qayınatası da işdən çıxarıldı

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri, Baş nazirin keçmiş müavini Bülənt Arıncın qayınatası Ziya Tay da Fətullah Gülən hərəkatı ilə əlaqədə olduğu üçün vəzifəsindən azad edilib
Lent.az-ın "sozcu.com.tr"ə istinadən xəbərinə görə, Z. Tay 14 il Səhiyyə Nazirliyinin Manisa vilayətindəki nümayəndəliyinin rəhbəri vəzifəsini tutub, AKP-nin Manisadan millət vəkilliyinə namizəd olsa da, seçilə bilməyib. Z. Tay ilə birlikdə Manisada 150 tibb işçisi vəzifəsindən çıxarılıb. Ümumilikdə isə Türkiyə Səhiyyə Nazirliyi sistemində işdən çıxarılanların sayı 5500-ü keçib. pia.az