Referendumla bağlı yaradılmış ekspert qrupu üzvləri - Siyahı

Mərkəzi Seçki Komissiyasının (MSK) sonuncu iclasında vətəndaşların referendumda iştirak hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilmiş şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb
PİA.AZ report-a istinadən bildirir ki, MSK-nın müvafiq qərarı bu gündən qüvvəyə minib.Ekspert qrupuna bu şəxslər daxildir:Ramiz İbrahimov - Mərkəzi Seçki Komissiyasının üzvü;Validə Kazımova - Mərkəzi Seçki Komissiyasının üzvü;İlham Məmmədov - Mərkəzi Seçki Komissiyasının üzvü;Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü;Bəxşeyiş Əsgərov - Mərkəzi Seçki Komissiyasının üzvü;Tofiq Həsənov - Mərkəzi Seçki Komissiyasının üzvü;İlkin Şahbazov - Mərkəzi Seçki Komissiyasının üzvü;İradə Hacıyeva - Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);Rafiq Abbasov - Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.pia.az