Hafiz Hacıyevdən vətən xainləri ilə bağlı unikal təklif: “Yandırılsınlar!”

Türkiyədə hərbi çevriliş zamanı öldürülən qiyamçıların dəfni İstanbulda yaradılan “Xainlər məzarlığı”nda həyata keçiriləcək
Maraqlıdır, Azərbaycanda da vətəninə, dövlətinə xəyanət edən şəxslərin dəfni üçün belə bir məzarlığın yaradılmasına ehtiyac varmı?Bununla bağlı Politika.Az-a açıqlama verən MMP sədri Hafiz Hacıyev vətən xainlərin dəfni üçün onlara torpağın ayrılmasının belə artıq olduğunu vurğulayıb:“Türkiyədə baş verən hadisələrdən hər kəs dərs almalıdır. Vətənə, dövlətə xəyanət etmək bağışlanılmaz bir haldır. Bu hallar Azərbaycanda da var. Bu gün Azərbaycan hakimiyyəti daxilində vətənə xəyanət edən məmur təbəqəsi var. Dövlət başçısına, millətinə xəyanət edənlər var. Mən onların dəfninin belə əleyhinəyəm. Onlara Azərbaycanda yer olmamalıdır. Onların dəfninə ayrılacaq torpaq da Azərbaycan torpağı olacaq. Hansı ki, bu şəxslərə o torpaq da heyifdir. Onların Azərbaycan torpağında dəfn edilməsi doğru deyil. Vətənə xəyanət edən adamları yandırmaq lazımdır. Ən doğru yol budur".pia.az