Emin 50 min insanı bir araya topladı

Müğənni-bəstəkar Emin Sankt-Peterburqda “Sinaya veçnost” (“Mavi əbədiyyat”) adlı konsert verib
Axşam.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, konsert üçün meydana 50 min insan toplaşıb. Gecədə 16 “Qremmi” mükafatına sahib olan musiqiçi Devid Foster də səhnəyə çıxıb. Emin səhnədə rok və klassik mahnılar oxuyub. “Zabıt tebya” mahnısının ingilis versiyası olan “Love is a deadly Game”in təqdimatı da gecədə baş tutub. Eminin Ani Lorak və Polina Qaqarina ilə dueti tamaşaçılara sürpriz olub. Sankt-Peterburqa səfər zamanı ailəsi də Emini tək qoymayıb. Belə ki, atası Araz Ağalarov, anası İrina Ağalarova və bacısı Şeyla da onunla birlikdə olub. pia.az