Klinton rəsmən namizəd oldu

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun namizədliyi Demokratlar Partiyası tərəfindən rəsmi olaraq ABŞ prezidenti postuna irəli sürülüb
Beləliklə, Hillari Klinton ABŞ-ın tarixində prezident postuna ilk qadın namizəd olub.Partiyanın Filadelfiyada keçirdiyi qurultayında baş tutan  səsvermə zamanı Klinton tələb olunan 2383 səs toplayıb.   Keçirilmiş praymerizlərin yekununda Klinton qurultay iştirakçılarından 2800-dən çoxunun  səsini toplayaraq partiya üzrə əsas rəqibi Berni Sandersi (2700-dək səs toplayıb) üstələyib.   Prosedura əsasən, Klinton bundan sonra prezident seçkilərində iştirakına rəsmi razılığını verməlidir. Klintonun  iyulun 28-nə nəzərdə tutulmuş çıxışı qurultayın final tədbiri olacaq. ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. (apa)pia.az