Ermənistanda müxalifət lideri axtarışa verildi

Ermənistanda müxalif "Təsis Məclisi" vətəndaş təşəbbüsü hərəkatının sədri Qaregin Çuqaszyan barəsində axtarış elan olunub
Virtualaz.org bildirir ki, bunu tert.am-a Ermənistanın İstintaq Komitəsindən deyiblər."Xüsusilə mühüm işlərin istintaqı üzrə Baş idarədə aparılan araşdırma işi çərçivəsində bəzi vacib detalların Qaregin Çuqaszyan və başqa təqsirləndirilənlərin iştirakı ilə dəqiqləşdirilməsinə ehtiyac yaranıb.“Qaregin Çuqaszyan, hansı ki, ittiham olunan şəxs kimi barəsində heç yerə getməmək qərarı şıxarılıb, istintaqı aparan orqanın çağırışına gəlməyib və bununla da qanunla müəyyən edilmiş tələbləri pozub”,-deyə Ermənistan İstintaq Komitəsindən bildiriblər.pia.az