Türkiyə-Ermənistan sərhədinin açılması nə qədər realdır?

Natiq Miri: “Türkiyə-Ermənistan sərhədlərinin açılması , eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin tənzimlənməsi yalnız Dağlıq Qarabağ probleminin həlli prosesi çərçivəsində mümkün ola bilər”
“Dağlıq Qarabağ prosesinin həllindən  kənarda Türkiyə-Ermənistan sərhədlərinin açılmasını gözləmək mümkün deyil”.Bu sözləri PİA.AZ-a politoloq Natiq Miri son vaxtlar gündəmə gələn  Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə münasibət bildirərkən qeyd edib.Xatırladaq ki, “Hürriyet” qəzeti Türkiyə hökumətinin  Ermənistanla barışıq prosesi və sərhədlərin açılmasına dair müzakirələri yenidən başlamağı nəzərdən keçirdiyi barədə məlumat yayıb. Türkiyə ilə Rusiya arasında isti münasibətlərin formalaşdığı indiki şəraitdə Türkiyə-Ermənistan barışığının gündəmə gəlməsi və iki tərəf arasında sərhədlərin açılması nə qədər mümkündür və bu Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər? Türkiyə-Ermənistan barışığının Azərbaycan-Ermənistan barışığı ilə eyni paketdə yer alması mümkündürmü?Bu suallarla PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.Natiq Miri: “Türkiyə -Ermənistan sərhədlərinin bağlanması Azərbaycan rayonlarının , ələlxsus Dağlıq Qarabağın işğal olunması ilə bağlıdır”.Politoloqun fikrincə, Türkiyə-Ermənistan sərhədlərinin açılması ancaq Dağlıq Qarabağ probleminin həllindən sonra baş verə bilər. Bu iki məsələ parale şəkildə aparılmalıdır: “Bu məsələyə kompleks yanaşmaq lazımdır. Yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması , eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin tənzimlənməsi yalnız Dağlıq Qarabağ probleminin həlli prosesi çərçivəsində mümkün ola bilər. Dağlıq Qarabağ prosesindən kənarda Türkiyə-Ermənistan sərhədlərinin açılmasını gözləmək mümkün deyil.. ABŞ sabiq dövlət katibi Kintonun dövründə buna cəhd edib, lakin gördüyünüz kimi alınmadı.Buna görə də Dağlıq Qarabağ problemini nəzərə almadan ən azından Qarabağ ətrafı 5 rayonun boşaldılması mümkün olmadan bu sərhədlərin açılması, diplomatik münasibətlərin yaranması mümkün deyil. Bugün bu sərhədlərin açılması yalnız Dağlıq Qarabağ prosesi çərçivəsində düşünülür. Ona görə də Çavuşoğlu Azərbaycana səfərində bu prosesi bütövlükdə müzakirə edib.Qeyd etdiyim kimi bu məsəllərin həlli paralal şəkildə aparılmalıdır. Bunları ayrılıqda həll etmək  mümkün deyil. Çünki Türkiyə -Ermənistan sərhədlərinin bağlanması Azərbaycan rayonlarının , ələlxsus Dağlıq Qarabağın işğal olunması ilə bağlıdır. Ona görə də bu səbəb aradan qalxmadıqca sərhədlərin açılması mümkün deyil”.Sübü Əzizovapia.az