Fond banklara ləğvedici təyin etdi

İlk növbədə, bu banklarda aktivlərin qiymətləndirilməsi aparılacaq
"Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyalarını geri çağırdığı dörd bankın ləğvedicisini təyin edib".Bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.Onun sözlərinə görə, məhkəmənin qərarı ilə bu gündən ADIF “Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”ın ləğvedicisi təyin edilib:“İlk növbədə, bu banklarda aktivlərin qiymətləndirilməsi aparılacaq”.pia.az